II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü günündə şair, publisist, yazıçı, Prezident mükafatçısı Nəcibə İlkinin imza saatı keçirilib.
Bizim.Media-nın masasında şairin "Sözün ölçüsü və çəkisi", "Atəş", "İki vətən qızı", "Gədəbəy qartalı" kimi bir sıra əsərləri sərgilənib.
Nəcibə xanım bildirib ki, 30 illik yaradıcılığı dövründə, əsas diqqəti vətənpərvərlik mövzusuna yönəldib.Təsadüfi deyil ki, müəllifi olduğu 20 kitabın, 12-si məhz hərbi vətənpərvərlik mövzusunda yazılıb.
Şair vurğulayıb ki, o həm də, "Türkiyə Çukurova Ədəbiyyat Dərnəyi"nin təmsilçisidir.
Xatırladaq ki, Nəcibə İlkin 2017-ci ildə Prezident mükafatına layiq görülüb.
Qeyd edək ki, festivalın üçüncü günü türkmən (Türkmənistan) ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:18 / 07.06.2023
Prezident mükafatçısı Nəcibə İlkinin imza saatı keçirilib – FOTO
Hazırda oxunan: Prezident mükafatçısı Nəcibə İlkinin imza saatı keçirilib – FOTO
Hazırda oxunan: Prezident mükafatçısı Nəcibə İlkinin imza saatı keçirilib – FOTO
140193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.