2-ci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.
Festivalın 3-cü günündə Bizim.Media-nın masasında gənc şair Sabrina Gültəkinin imza saatı baş tutub.
Sərgidə şairin "Mənim doğma Naxçıvanım", "Mənim anam bir mələkdir", "Qurtuluş" kimi kitabları yer alıb.
Gültəkin 4 ilə yaxındır ki, yaradıcılıqla məşğul olur. Şairin sözlərinə görə, festivalda iştirakının əsas məqsədi, kitablarını daha çox oxucuya çatdırmaqla yanaşı, gənclərimizdə mütaliəyə və bədii ədəbiyyata marağı artırmaqdır.
Qeyd edək ki, festivalın üçüncü günü türkmən (Türkmənistan) ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:48 / 07.06.2023
Sabrina Gültəkinin “Mənim doğma Naxçıvanım” kitabı SƏRGİLƏNİB – FOTO
Hazırda oxunan: Sabrina Gültəkinin “Mənim doğma Naxçıvanım” kitabı SƏRGİLƏNİB – FOTO
Hazırda oxunan: Sabrina Gültəkinin “Mənim doğma Naxçıvanım” kitabı SƏRGİLƏNİB – FOTO
140181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.