Şimal-Qərb bölgəsində hava durumu necədir?

Hazırda oxunan: Şimal-Qərb bölgəsində hava durumu necədir?

140140

Ötən axşamdan başlayaraq Şimal-Qərb bölgəsinin rayonlarında güclü leysan yağıb, külək əsib, bəzi ərazilərdə irigövdəli ağaclar aşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  dünən axşam saatlarından başlayaraq Şimal-Qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarında ildırım çaxıb, bir saatdan çox davam edən güclü leysan müşahidə olunub.

Bu zaman mənbəyini dağlardan götürən Balakən, Katex, Böyükçay və Kürmük çaylarında suyun səviyyəsi əvvəlkinə nisbətən xeyli artıb. Çaylarda görülən qabaqlayıcı tədbirlər nəticəsində hələlik heç bir fəsad, sel basma təhlükəsi yaranmayıb. 

Gecə saatlarında bölgənin digər rayonlarında Şəki, Oğuz və Qəbələdə də güclü leysan müşahidə edilib. Xüsusən Dəmiraparan çayında suyun səviyyəsi artıb. 

Sözügedən rayonların Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən leysan yağışları ilə bağlı elə də ciddi xəsarətƏ ya da təsərrüfatlara ziyanla bağlı məlumat daxil olmayıb. Sadəcə təhlükəsizlik baxımından külək əsərkən bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Artıq səhər saatlarından  enerjinin verilməsi bərpa edilib.

Şəki Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, bu gün də bölgə rayonlarında hava qeyri-sabit keçək, yağış yağacağı gözlənilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin