"Yuventus" Avropa Superliqası ideyasından geri çəkilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi nəzərdə tutulan turniri yaratmağa çalışan digər iki klub - "Real" və "Barselona"nı bu barədə məlumatlandırıb.
"Yuventus"un Superliqadan çıxmaq üçün hüquqi prosedurlara başladığı bildirilir.
Layihədən çəkilmə prosesi bir neçə həftə vaxt aparacaq. Klubun bu barədə qəti qərar verdiyi qeyd edilib.
Xatırladaq ki, 2021-ci ilin aprelində 12 top klub Avropa Superliqasının yaradıldığını elan edib. Bunlar "Mançester Siti", "Arsenal", "Mançester Yunayted", "Liverpul", "Tottenhem", "Çelsi", "Barselona", " Real", "Atletiko", "İnter", "Milan" və "Yuventus" olub. Nəzərəd tutulan layihə birmənalı qarşılanmayıb. UEFA isə bu klublara qarşı sərt addımların atılacağını açıqlayıb.
Bundan sonra əksər klublar layihədən çəkildiklərini elan ediblər və yalnız üç iştirakçı Superliqada qalıb - "Barselona", "Real" və "Yuventus".
Bizim.Media
- A-
- A
- A+
İdman
03:51 / 07.06.2023
"Yuventus" Superliqa ideyasından geri çəkildi
Hazırda oxunan: "Yuventus" Superliqa ideyasından geri çəkildi
Hazırda oxunan: "Yuventus" Superliqa ideyasından geri çəkildi
140134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.