BİZİM TƏQVİM: 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

140048

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018–ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Bəs, iyunun 7-də dünyada daha hansı hadisələr baş verib?

1. 1494-cü il 7 iyunda İspaniya və Portuqaliya Papanın tələbilə Tordesillas müqaviləsini imzaladı. Müqaviləyə əsasən, Avropa qitəsi istisna olmaqla, şimal-cənub meridianı üzrə kəşf edilmiş və aşkarlanacaq torpaqlar iki ölkə arasında bölüşdürüldü.

2. Osmanlı sultanı Qanuni Süleymanın şərəfinə İstanbulda Memar Sinan tərəfindən ucaldılan Süleymaniyə məscidi 1557-ci ilin 7 iyununda açıldı.

3. Dünya tarixinin ən uzun müddət taxtda oturan hökmdarı, "Günəş kralı" adı ilə tanınan, “Dövlət mən özüməm” sözləriylə yadda qalan Fransa kralı 14-cü Lüdovik 1654-cü il 7 iyunda hakimiyyətə gəldi və 72 il ölkəni idarə etdi.  

4. 7 iyun 1775-ci ildə Birləşmiş koloniyalar öz adının dəyişdirildiyini, Birləşmiş Ştatlar, daha doğrusu ABŞ olduğunu elan etdi.

5. Osmanlı sultanı Əbdülməcid tərəfindən inşa etdirilən Dolmabahçe sarayı 7 iyun 1856-cı ildə hökmdar ailəsinin ixtiyarına verildi.

6. Yaponiya imperatoru Komeinin yaxın qohumunun İstanbul səfərinə qarşılıq olaraq Osmanlı sultanı II Əbdülhəmidin Yaponiyaya göndərdiyi “Ərtoğrul” gəmisi 1890-cı ilin 7 iyununda Yokohomaya çatdı.

7. 1905-ci il iyunun 7-də Norveç parlamenti – Stortinq 1814-cü ildə imzalanan sazişi ləğv edərək İsveçdən ayrılmaq barədə yekdil qərar qəbul etdi. Bundan 1 il sonra – 1906-cı ildə isə Danimarka şahzadəsi Karl müstəqil Norveçin ilk kralı oldu.

8. 1905-ci ilin 7 iyun tarixində gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi “Həyat” qəzetinin ilk nömrəsi “Kaspi” mətbəəsində Azərbaycan dilində çapdan çıxdı. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə idilər.
1906-cı il sentyabrın 3-dək 325 nömrəsi çıxan “Həyat” qəzeti ilə Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Firudin bəy Köçərli və başqa tanınmış ziyalılar əməkdaşlıq ediblər.

10. 7 iyun 1960-cı ildı Səudiyyə Ərəbistanında qadınlara təhsil almaq hüququ verilib.

11. 1971-ci ilin bu günü “Salyut” kosmos stansiyası ilə “Soyuz-11” kosmik nəqliyyat gəmisinin birləşməsi nəticəsində dünyada ilk pilotlu orbital “Salyut” stansiyası yarandı.

12. 7 iyun 1977-ci ildə Türkiyə sənətçisi Semiha Yankı XIII Beynəlxalq Qızıl Orfe Mahnı Yarışmasında birinci oldu.

13. 1981-ci ilin 7 iyununda nüvə silahı istehsal etdiyi iddiası ilə İsrail döyüş təyyarələri İranın Osirak nüvə mərkəzinə hava hücumu etdi. 

14. 7 iyun 1982-ci ildə Türkiyənin Portuqaliyadakı Səfirliyinin inzibati attaşesi Erkut Akbay və həyat yoldaşı Nadide xanım evlərinin önündə ASALA erməni terror təşkilatının silahlı hücumu nəticəsində həlak oldular.

15. 2007-ci il 7 iyunda keçirilən Türkiyə İşarə Dili Simpoziumundan sonra 7 İyun Türk İşarə Dili Bayramı olaraq qəbul edildi.

16. 7 iyun 2015-ci ildə Birinci Avropa Oyunlarının qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşdıqdan və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra paytaxt Bakıya gətirilib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

7 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın Qeysər Kaşıyeva 1893-cü ilin bu günü  dünyaya gəlib.     O akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm və mənzərə çəkib. Ötən əsrin 20-ci illərində “Şərq qadını” jurnalı için illüstrasiyalar işləyib.

2. Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədov 7 iyun 1994-cü ildə dünyasını dəyişib.

3. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti, mənfi rolların mahir ifaçısı Məlik Dadaşov 7 iyun 1924-cü ildə anadan olub.

4. Bu gün tanınmış telejurnalist Əhməd Aşurbəyovun xatirə günüdür. O, 2001-ci ilin 7 iyununda dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin