"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər bu günlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv və riyakar siyasətini nümayiş etdirməkdə davam edirlər".
Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda xatırlanır ki, Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşamış yüz minlərlə azərbaycanlının hamısını qovub və onların mədəni irsini sistemli şəkildə dağıdıb:
"Ermənistan hökuməti həmin insanların qanuni təmsilçisi olan Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin edilməsi üzrə dialoqa başlamaq çağırışlarına cavab vermir. Ermənistan, öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkəranə şəkildə imtina etməsi azmış kimi, Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında Azərbaycan Respublikasının ərazi bütövlüyünə zidd olan və dövlətlərin daxil işlərinə qarışmaq prinsipini pozan yanaşma sərgiləyir.
Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermənilər ilə bağlı hansısa beynəlxalq mexanizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər".
Bəyanatda daha sonra vurğulanır ki, Ermənistan hökumətinin Qərbi Azərbaycan İcmasının dialoq çağırışını cavabsız qoyması və Azərbaycan hökumətinin dialoq dəvətinə mənfi cavab vermiş və Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar qarşı çıxan separatist ünsürlər üçün hansısa beynəlxalq mexanizmin yaradılmasına çalışması, bu ölkənin destruktiv siyasətini göstərir:
"Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edir".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:06 / 06.06.2023
Ermənistan azərbaycanlıların öz evlərinə təhlükəsiz qayıtmalarına şərait yaratmalıdır - BƏYANAT
Hazırda oxunan: Ermənistan azərbaycanlıların öz evlərinə təhlükəsiz qayıtmalarına şərait yaratmalıdır - BƏYANAT
Hazırda oxunan: Ermənistan azərbaycanlıların öz evlərinə təhlükəsiz qayıtmalarına şərait yaratmalıdır - BƏYANAT
140045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.