Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin qardaşı Tural Moskvanın mərkəzində restoran açıb.
Bizim.Media xəbər verir ki, sözügedən məkanın açılışında qardaşların ailə üzvləri ilə yanaşı Rusiya şou-biznesinin bir sıra parlaq ulduzları da iştirak edib.
Rusiyanın Xalq artisti Filipp Kirkorovun isə açılışa gəlməsi bayrama çevrilib. Belə ki, ulduz məkana gələr-gəlməz hər kəsin diqqətini özünə çəkib. Rusiyanın pop kralı Jony və Turalı təbrik edərək, xeyir-dua verib.
Daha sonra isə Kirkorov Jony və onun ailəsi ilə bir araya gələrək, həmsöhbət olub və fotolar çəkdirib.
Açılış boyunca qonaqlara restoranın məşhur aşpazları tərəfindən hazırlanan müxtəlif dadlı və ləzzətli təamlar təqdim olunub.
Qeyd edək ki, Jony-nin qardaşı Tural Hüseynli diş həkimidir.
Rəşad Əliyev, Bizim.Media