Avtomobili əks istiqamətdə sürən şəxslərə bu cərimə TƏTBİQ EDİLƏCƏK

Hazırda oxunan: Avtomobili əks istiqamətdə sürən şəxslərə bu cərimə TƏTBİQ EDİLƏCƏK

140014

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə I oxunuşda qəbul edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.

Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin