“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin qaza 369 manat borcu yaranıb.
Bu barədə qurumun sosial hesabında paylaşım edilib və borcun bağlanması üçün yardımsevər insanlara müraciət olunub.
Qadın və uşaq sığınacağının borcu ödəməklə bağlı çətin duruma düşməsi sosial şəbəkələrdə ciddi müzakirə edilib. Şərhlərdə Azərbaycanda nəhəng qurumlardan biri olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən borcun silinməsi istənilib.
MÖVZU İLƏ BAĞLI:
Ölkəmizdə yerli istehsallı qaz sayğaclarının tətbiqinə BAŞLANIR
Məsələ ilə bağlı “Azəriqaz” istehsalat Birliyinə müraciət etdik.
Qurumun mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, “Azəriqaz”ın hər hansı səbəbdən yaranan debutor borcu silmək səlahiyyəti yoxdur:
“Sistemə düşən o tip borclar nəzarətdə olur”, - deyə qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 17 ildir ki, fəaliyyət göstərir. Təşkilatın məqsədi qаdınlаrın hüquq və аzаdlıqlаrını qоrumaq, vətəndаş cəmiyyəti quruculuğundа qаdınlаrın kişilərlə bərаbər iştirакınа nаil оlmаq, оnlаrı müхtəlif stеrоtiplər və коmplекslərdən аzаd olmasına yardım etməkdir.
Həmçinin bаcаrıq və qаbliyyətlərinin inкişаfı istiqamətində dövlət və qeyri dövlət qurumlarları ilə uğurlu əməkdaşlığı həyata keçirməkdən ibarətdir.
Alçina Amilqızı, Bizim.Media