Dövlət büdcəsinin xərcləri və kəsri ARTIRILACAQ 

Hazırda oxunan: Dövlət büdcəsinin xərcləri və kəsri ARTIRILACAQ 

139979

“Əvvəlki ilə nisbətən iqtisadi inkişafın zəifləyəcəyi gözlənilir. Neft qiymətlərində azalmalar bu sahə üzrə proqnozlara da təsir edib. Belə ki, neftin bir barelinin orta illik qiymətinin 85,5 dollar olacağı güman edilsə də, aprel ayındakı proqnoza əsasən, bu rəqəm 75,1 dollar olaraq qeyd olunub”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbədənkənar sessiyası KEÇİRİLİR 


Millət vəkili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentə təqdim edib: 

“Dövlət büdcəsində neftin proqnoz qiyməti 10 dollar artırılaraq, 60 dollar olması nəzərdə tutulub.

Bundan əlavə, illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib və 10,4% olaraq dəqiqləşdirilib ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur. 

Yenidən baxılan dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 210 mln. manat artırılaraq 2789,3 mln. manat olması nəzərdə tutulub.

Eyni zamanda Qanun layihəsinə əsasən dövlət büdcəsi xərclərinin məbləği 36568,8 mln. manat nəzərdə tutulub ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş məbləğlə müqayisədə 3215,5 mln. manat və yaxud 9,6% çoxdur”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin