Bu gün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, Qonaq evinin qarşısındakı su xəttində qəza baş verib.
Bizim.Media NTV-yə istinadən xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.
Məlumata görə, aidiyyatı orqanlar əraziyə cəlb olunub. Hazırda təmir işləri aparılır. Qəzadan sonra Xətai, Qoçüstü, Çənlibel kimi böyük məhəllələrə suyun verilişi müvəqqəti dayanıb.
Bizim.Media