Ruslar Xersonda su elektrik stansiyasını partlatdı - Əhali evakuasiya olunur - FOTO/VİDEO

Hazırda oxunan: Ruslar Xersonda su elektrik stansiyasını partlatdı - Əhali evakuasiya olunur - FOTO/VİDEO

139946

Rusiya hərbçiləri bu gecə, iyunun 6-da Xersonda yerləşən “Kaxovskaya” Su Elektrik Stansiyasını partladıblar, bəzi yaşayış məntəqələri su altında qala bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığının spikeri Vladislav Nazarov teleqram səhifəsində məlumat verib.

“Rusiya işğalçı qoşunları “Kaxovskaya” Su Elektrik Stansiyasını partladıb. Hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir. Bütün xidmətlər işləyir”, - deyə Nazarov bildirib.
Xerson Vilayət Şurasının sədr müavini Yuri Sobolevski də Xerson vilayətinin sakinlərini Vilayət Hərbi Administrasiyasının mesajlarını diqqətlə izləməyə və göstərişlərinə əməl etməyə çağırıb.

Ukrayna Daxili İşlər Nazirliyi təxliyənin elan olunduğu yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Xerson vilayətinin Milli Polisi və Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri Dnepr çayının sağ sahilində, yəni Nikolayevka, Olqovka, Levo, Tyaginka, Ponyatovka, İvanovka, Tokarevka, Pridneprov kəndlərində və qismən Xerson şəhərində mülki əhalini potensial daşqın zonalarından xəbərdar ediblər və təxliyə işlərinə başlanılıb.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin