Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə cərimə artırılır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 200 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilədək müddətə məhdudlaşdırılır.
Layihəyə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:52 / 06.06.2023
Qaydaları pozan sürücülərə CƏRİMƏ ARTIRILIR
Hazırda oxunan: Qaydaları pozan sürücülərə CƏRİMƏ ARTIRILIR
Hazırda oxunan: Qaydaları pozan sürücülərə CƏRİMƏ ARTIRILIR
139931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.