Tibbi müayinədən imtina edən sürücülərin cəriməsi ARTIRILDI 

Hazırda oxunan: Tibbi müayinədən imtina edən sürücülərin cəriməsi ARTIRILDI 

139920

Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina edən sürücülərin cərimə məbləği  artırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə dəyişiklik İnzibati Xətalar Məcəlləsində  əksini tapıb. 

Dəyişikliyə əsasən, 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq ediləcək. 

Məcəllənin mövcud variantında isə bu cəza nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin