Naxçıvanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı, infrastruktur təminatı inkişaf etdiriləcək, aqroparkların yaradılması təşviq olunacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurumlar İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyidir. Aqroparklar yaradılacaq ərazilər müəyyənləşdiriləcək.
Bununla yanaşı, Naxçıvanda kənd təsərrüfatının istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması ilə müvafiq istehsal vasitələrinə əlçatanlıq səviyyəsi artırılacaq, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə məsləhət və təlim xidmətləri təşkil olunacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:06 / 05.06.2023
Naxçıvanda aqroparklar YARADILACAQ
Hazırda oxunan: Naxçıvanda aqroparklar YARADILACAQ
Hazırda oxunan: Naxçıvanda aqroparklar YARADILACAQ
139825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.