Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

Hazırda oxunan: Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

13974

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 476 əmanətçiyə 627,48 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Bizim.Media Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan martın 3-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 244,31 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4685 əmanətçiyə 113 milyon manat, "NBC Bank" üzrə isə 4213 əmanətçiyə 131,22 milyon manatdan çox kompensasiya ödənilib.

Ötən il iyunun 1-dən martın 3-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 383,16 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5800 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,89 milyon manat, "Ata Bank" üzrə 9778 əmanətçiyə isə 243,27 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.

Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin