ATƏT sədri Çavuşoğluna təşəkkür etdi

Hazırda oxunan: ATƏT sədri Çavuşoğluna təşəkkür etdi

139645

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna diplomat kimi fəaliyyətinə görə təşəkkür, yeni XİN rəhbəri Hakan Fidanı isə təbrik edib.

Bizim.Media xəbər verir ki, Buyar Osmani bu barədə Tvitterdəki hesabında yazıb.

“Əzizim Mövlud Çavuşoğlu, ötən illər ərzində sizinlə işləmək həqiqətən çox xoş oldu. Şimali Makedoniya və Türkiyə arasında ənənəvi yaxın və dostluq münasibətlərini inkişaf etdirmək üçün davamlı istəyinizə görə təşəkkür edirik”, - ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.
“Hakan Fidanı Türkiyənin yeni XİN rəhbəri təyin olunması münasibətilə təbrik edirik.

Biz Şimali Makedoniya və Türkiyənin yaxın əlaqələrini yüksək qiymətləndiririk və ölkələrimizin və vətəndaşlarımızın mənafeyi naminə əməkdaşlığımızı inkişaf etdirmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirik”, - Buyar Osmani vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin