İordaniya şəhzadəsinin təmtəraqlı TOY MƏRASİMİ – FOTO  

Hazırda oxunan: İordaniya şəhzadəsinin təmtəraqlı TOY MƏRASİMİ – FOTO  

139514

İordaniyanın 28 yaşlı vəliəhdi Hüseyn bin Abdullah və nişanlısı Rəcva əl-Saif rəsmi nikaha giriblər.  

Bizim.Media xəbər verir ki, toy mərasimi İordaniyanın məşhur Zəhran sarayında keçirilib.

Mərasim təkcə bütün krallığın deyil, dünya mediasının da diqqətini çəkib. 

Sarayın qarşısı gəlin kortejini gözləyərkən milli bayraqlarla bəzədilib. Şəhər sakinləri əllərində vayraq yol boyu bəylə gəlini salamlamağa çıxıb.  

Mərasimə dünyanın bir sıra məşhur simaları təşrif buyurub. Britaniya şahzadəsi Uilyam həyat yoldaşı Keytlə toy mərasiminə qatılıb. Norveçin vəliəhd şahzadəsi Viktoriya və həyat yoldaşı Şahzadə Daniel də cütlüyü təbrik edənlər arasında olub. Təmtəraqlı toyda həm də dünyanın məşhur şou əhli də qatılıb. 

Surxay Atakişiyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin