“OPEC+” ölkələri neft hasilatının daha da azaldılmasının bir neçə versiyası barədə müzakirələrə başlayıblar. İlkin versiya, neft hasilatını gündə daha 1 milyon barel azaldılması ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi qrupdakı mənbələrə istinadən məlumat yayıb.
Həmin mənbələrdən biri bildirib ki, neft hasilatının cari ilin əvvəlində 2 milyon barel, apreldə isə könüllü şəkildə 1,6 milyon barel azaldılmasına əlavə olaraq, daha 1 milyon barel azalma məsələsi müzakirə edilir.
Agentliyin ekspertləri düşünürlər ki, hasilatın belə azalması neftin qiymətinin bir barel üçün 75 dollara düşməsi və bazar analitiklərinin yeni təklif bolluğundan danışması ilə bağlıdır. Bu tədbir OPEK üzvləri tərəfindən təsdiqlənərsə, azalmaların həcmi sutkada 4,66 milyon barel və ya qlobal tələbatın 4,5%-ni təşkil edəcək.
Qeyd edək ki, iyunun 4-də Vyanada OPEC+ üzvü olan ölkələrin nümayəndələrinin görüşü keçiriləcək. Dünən isə agentliyin “OPEC+”dakı digər mənbələri neft hasilatının daha da azaldılmasının mümkün olmadığını bildiriblər.
Bazar iştirakçıları isə “OPEC+”-nın qiymətləri artırmaq üçün hasilatı daha da azalda biləcəyindən ehtiyat edirlər. Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman Əl Səudun son açıqlamaları isə bu qorxunu daha da şiddətləndirib. Çünki o, neft istehsalçılarına müraciətində, ehtiyatlı olmalarını tövsiyə edib.
Bundan sonra “Brent” və “WTI” markalı neftin fyuçers qiymətləri 1% və 1,2% artıb.
“Financial Times” isə xəbər verir ki, OPEK rəhbərliyi iyunun 4-də “Reuters”, “Bloomberg” və “Wall Street Journal”ın jurnalistlərinin Vyanadakı baş qərargahına gəlməsini qadağan edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:19 / 03.06.2023
Reuters: “OPEC+” neft hasilatını daha 1 milyon barel azalda bilər
Hazırda oxunan: Reuters: “OPEC+” neft hasilatını daha 1 milyon barel azalda bilər
Hazırda oxunan: Reuters: “OPEC+” neft hasilatını daha 1 milyon barel azalda bilər
139511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.