İşsizlikdən Sığorta Fondunun xərcləri 2,4 faiz ARTDI – HESABAT  

Hazırda oxunan: İşsizlikdən Sığorta Fondunun xərcləri 2,4 faiz ARTDI – HESABAT  

139463

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə əsasən, fondun xərcləri gəlirlərinə bərabər olmaqla 217,7 milyon manat müəyyən edilib ki, bu da cari ilin təsdiq edimiş büdcəsindən 5,0 milyon manat və ya 2,4% çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə adıçəkilən qanun layihəsinə Hesablama Palatasınin rəyində əks olunub. 

Hesabata əsasən, cari ildə əhalinin məşğulluğunun təmin edilməsi xərcləri üçün 133,1 mln. manat vəsait proqnozlaşdırılıb, təqdim edilən dəyişikliklə bu xərclərin 0,6% və ya 0,8 milyon manat artırılaraq 133,9 milyon manata çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, fondun ən önəmli xərc istiqamətlərindən biri özünü məşğulluq tədbirlərinin təşkilinə yönəlib. Belə ki, bu sahənin inkişafı üçün 87,5 manat təklif olunub və vəsaitdə heç bir dəyişiklik edilmədən saxlanılıb.  

Layihənin ikinci mühüm xərc istiqamətlərindən biri də, Dövlət Məşğulluq Agentliyinin aparatının və yerli orqanlarının, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanması ilə bağlı olub. Bu məqsədlə Fondun büdcəsindən ilkin olaraq, 48,8 milyon manatın ayrılması təklif olunsa da, 44,6 milyon manat səviyyəsində təsdiq olunub.

Bu da onu göstərir ki, bu sahəyə ayrılan vəsaitin 4,2 milyon manat azaldılmasına qərar verilib.

“Dost-1” Agentliyinin sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsinə 35,0 milyon manatın ayrılması təklif olunub və vəsait olduğu kimi saxlanılıb.

İşsizliyə görə sığorta ödənişlərinə isə ilkin olaraq, 13,5 milyon manatın ayrılması təklif olunsa da, təsdiq olunan vəsait 11,0 milyon manat təşkil edib. Göründüyü kimi işsizliyə görə sığorta ödənişləri üzrə təqdim edilmiş dəyişiklik bu istiqamətdə cari il üzrə təsdiq olunmuş xərclərdən 2,5 milyon manat və ya 22,7% çoxdur. 

Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il 7 avqust  tarixli “İşsizlikdən sığorta haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə” AR 2021-ci il 24 dekabr tarixli Qanunları qəbul edilib, nəticədə edilmiş dəyişikliklər işsizliyə görə sığorta ödənişinin əhatə dairəsinin genişlənməsinə imkan verib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin