Cüdoçularımız qran-prinin ilk günündə 3 medal qazandı

Hazırda oxunan: Cüdoçularımız qran-prinin ilk günündə 3 medal qazandı

139437

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə qran-pri turnirində ilk günə yekun vurulub.

Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar. 

Yaşar Nəcəfov (66 kq) bürünc medal uğrunda görüşdə türkmənistanlı Hakim Ağaməmmədovla qarşılaşmadan qalib ayrılmaqla üçüncü olub.

Finala qədər irəliləyən qadın cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) həlledici görüşdə neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzaraq gümüş medal qazanıb.  

Finala çıxan digər cüdoçumuz – Turan Bayramov (60 kq) da qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevə uduzub və ikinci yerlə kifayətlənib. 

Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq), Rövşən Əliyev (60 kq) və Ruslan Paşayev (66 kq) turniri medalsız başa vurublar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin