Azərbaycan yaxın üç il ərzində regional təşkilatın komitəsinə sədrlik edəcək - FOTO 

Hazırda oxunan: Azərbaycan yaxın üç il ərzində regional təşkilatın komitəsinə sədrlik edəcək - FOTO 

139408

Azərbaycan yaxın üç il ərzində regional təşkilatın komitəsinə sədrlik edəcək. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Qazaxıstanın Astana şəhərində Mərkəzi Asiya və Qafqazda balıqçılıq və akvakultura sahəsində regional Komissiyanın (CACFish) Texniki Məsləhətçi Komitəsinin 6-cı sessiyası başa çatıb. Sessiyada Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. 
Sessiya zamanı akvakulturada növ müxtəlifliyi, balıqçılıq və akvakulturada təhlükəsizlik qaydaları, gender məsələləri və regionda balıq ovu alətlərinin qeydiyyatı mövzuları üzrə FAO-nun beynəlxalq ekspertləri tərəfindən hazırlanmış layihələrin müzakirəsi aparılıb. 

Yekunda Azərbaycan tərəfi yaxın üç il müddətində CACFish Komissiyasının Texniki Məsləhətçi Komitəsinin sədri seçilib. 

CACFish Komissiyasının bu ilin oktyabrında keçiriləcək növbəti iclası üçün 2023-2025-ci illər üzrə iş planı, seminarlar, ekspert görüşləri və digər elmi texniki tövsiyələr təsdiqlənib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin