Dünyada mayın 1-dən 28-nə kimi koronavirus infeksiyasına 2 milyona yaxın insan yoluxub, 12,5 mindən çox insan ölüb. Ölüm hallarının sayı ötən 28 gün ilə müqayisədə 39 faiz, yoluxma hallarının sayı isə 30 faiz azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.
Təşkilatın məlumatına əsasən, dünyada dörd həftə ərzində 1 989 547 yoluxma halı və 12 566 ölüm halı qeydə alınıb. Bu dövr ərzində ən çox - 476 087 yoluxma halı Koreya Respublikasında aşkar edilib. Daha sonra ABŞ (170 425), Avstraliya (138 721), Braziliya (129 610) və Fransa (106 803) yer alıblar.
ABŞ-də mayın 1-dən 28-nə kimi ən çox - 3 089 ölüm halı qeydə alınıb. Daha sonrakı yerlərdə Braziliya (1 170), Fransa (685), Rusiya (614) və İtaliya (606) qərarlaşıb.
Bülletendə ötən dörd həftə ilə müqayisədə ÜST-nin altı regionundan ikisində - Afrika (3 faiz) və Qərbi-Sakit Okean regionunda (10 faiz) 28 gün ərzində aşkar edilmiş yoluxma hallarının artması barədə deyilir. Qalan regionlarda bu göstəricinin azalması qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:55 / 02.06.2023
ÜST-dən şad XƏBƏR: COVID-19-dan ölüm sayı 39 faiz azalıb
Hazırda oxunan: ÜST-dən şad XƏBƏR: COVID-19-dan ölüm sayı 39 faiz azalıb
Hazırda oxunan: ÜST-dən şad XƏBƏR: COVID-19-dan ölüm sayı 39 faiz azalıb
139358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.