Pensiyalar nə vaxt artacaq? – Ekspertlərdən FƏRQLİ RƏYLƏR

Hazırda oxunan: Pensiyalar nə vaxt artacaq? – Ekspertlərdən FƏRQLİ RƏYLƏR

139354

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün mətbuata açıqlamasında, sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldırıla biləcəkləri ilə bağlı məlumat verib. 

Nazir müavini, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manat olduğunu da qeyd edib.

“35 manatlıq artım insanlara elə də böyük təsir etməyəcək”

Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan “İqtisadi və Sosial Araşdırmalar Yardım” İB-nin sədri, iqtisadçı ekspert Eyyub Kərimov, hazırda ölkədə 1 milyon 114.2 min pensiyaçının olduğunu və onların 62,6 faizinin yaşa görə pensiya aldığını bildirib:

“Bu da 700 min insanı əhatə edir. Bu ilin 3 ayında büdcədə 2.5 milyard manat əlavə vəsait yaranıb və cari ilin sonuna qədər daha da arta bilər. Bu baxımdan da, əlavə vəsaitin sosial xərclərə yönəldilməsi mümkündür”. 


Onun sözlərinə görə, cari ildə DSMF-nin büdcəsində qalan əlavə vəsaitin də müxtəlif investisiya layihələrinə yönəldilməsi və gəlir əldə edilməsi nəzərdə tutulur:

“Bu da Fondun büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsinə səbəb olacaq və bununla da pensiyaların artımı üçün iqtisadi zəmin yaranır. Əgər bu zəmin əldə edilərsə,700 min insanın pensiyasının artmasına təsir edəcək. Lakin hazırda davam edən bahalaşma və inflyasiya səbəbindən 35 manatlıq artım insanların rifahına elə də böyük təsir etməyəcək. Fikrimcə, belə bir artım ilin sonuna qədər həyata keçirilə bilər”. 

“Pensiyanın 500 manatdan artıq olacağını gözləmək olar”

Digər iqtisadçı ekspert Xalid Kərimli isə Bizim.Media-ya açıqlamasında, məsələyə fərqli istiqamətdən yanaşıb. 


Bu məsələdə nüansların olduğunu söyləyən ekspert bildirib ki, pensiya qanunvericiliyinə görə, hər il yanvarın 1-də orta aylıq əmək haqqının orta faizinə baxılır:  

“Məsələn, ölkədə muzdla işləyənlərin sayına, onların orta aylıq əmək haqlarına və ildə neçə dəfə artması nəzərdən keçirilir. Bu rəqəmlər götürülür və pensiyanın indeksiyasiyası həyata keçirilir. 

Aprel ayının statistikasına nəzər salsaq, bu ilin 4 ayı ərzində ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqları 11,4 faiz artıb. Əgər 445 manatın üzərinə 11,4 faizi gəlsək, təxminən 520 manata yaxın pensiya məbləği əldə ediləcək. Pensiya artımı bir də 2024-cü iln yanvarın 1-də baş tutacaq. Buna görə də orta aylıq əmək haqqının cari ilin sonun qədər 10-15 manat arasında artacağını gözləyirik. 
Hətta buna əsasən, pensiya qanunvericiliyində nəzərdə tutulmuş indeksasiya əsasında pensiya məbləğinin ortalama 500 manatdan artıq olacağını gözləmək olar”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin