“Natavanla münasibətim yaxşıdır. Uşağımın anası da, anasının bacısı da övladıma padişah balası kimi böyüdüb saxlayırlar. Onların önündə baş əyirəm”.
Bizim.Media xəbər verir ki, bu sözlər “Dado” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev qonaq olduğu “Səhərin səsi” verilişində deyib.
Keçmiş müğənni həyat yoldaşı Natavan Həbibi ilə münasibətlərindən söz açan sənətçinin sözlərinə görə, hər ikisi anlayıb ki, ailə qurmaqda səhv addım atıblar:
“Öz aramızda nə olubsa, hamısını qoyuram kənara. Bir-birimizin evinə tez-tez gedib gəlirik. Arada aramızda sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Natavanla mənim münasibətimdə üçüncü şəxslərin müdaxiləsi vardı. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil”.
Rəşad Əliyev, Bizim.Media