“Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Nazirliyin potensialı buna kifayət etmir”.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bunun üçün özəl tərəfdaşlarla əməkdaşlıq edilir:
“Bu il 20 min işsiz şəxsə peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq”.
Nazir bildirib ki, sığınacaqlar sosial sifariş əsasında təyin edilir:
“Özəl əsaslarla fəaliyyət göstərən 3 böyük sığınacaq var. Müqavilələr imzalanıb, növbəti il daha bir sığınacaq istifadəyə veriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 02.06.2023
"Nazirliyin peşə hazırlığına potensialı kifayət etmir" - Sahil Babayev
Hazırda oxunan: "Nazirliyin peşə hazırlığına potensialı kifayət etmir" - Sahil Babayev
Hazırda oxunan: "Nazirliyin peşə hazırlığına potensialı kifayət etmir" - Sahil Babayev
139338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.