Azərbaycanlı müğənni: “Doğrunu pis kimi anlayanlar məndən uzaq gəzirlər” - FOTO  

Hazırda oxunan: Azərbaycanlı müğənni: “Doğrunu pis kimi anlayanlar məndən uzaq gəzirlər” - FOTO  

139337

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov növbəti açıqlamaları ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə “sual-cavab” edib.

“Eks sevgilisinin yanına qayıdan qızlara nə demək istəyərsiniz?” sualına Nəvainin cavabı belə olub: 

“Mən insanların barışmasının və ikinci şans verilməsinin tərəfdarıyam. Hətta qızlar mənimlə söhbət etdikləri zaman çalışıram ki, onları sevgililəri ilə barışdırım. Başa salım ki, oğlanlar niyə bu addımı atıb və sairə. Burada böyük həzz görürəm. Dağıtmaq daha asandır, nəyinki tikmək. Həyatda asan yol görməmişəm. Ona görə də o asan yollarla getmirəm”. “Hansı xüsusiyyətindən zəhlən gedir?” sualına müğənni “Özünü sevməlisən. Mən çox fəsahətliyəm. Amma bu, çox əladır. Doğrunu pis kimi anlayanlar məndən uzaq gəzirlər. Heç bir diplomatiya yoxdur, sözlərimi yalnız alnın ortasına deyirəm”, - deyə cavab verib.

Digər izləyicidən gələn “Məktəbdə ən axmaq hərəkətin hansı olub?” sualına Nəvainin cavabı bu cür olub:

“Bir müddətlik Rusiyadan Azərbaycana gəldiyim zaman rus dili müəlliməm məktəb jurnalı ilə başıma zərbə endirdi. Tənəffüsdə isə həmin jurnalı məktəbin həyətində yandırmışdım”. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin