Aktyor və aparıcı Şəhriyar Əbilov Hindistanda filmə çəkilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı televiziya ulduzu sosial şəbəkə hesabında məlumat yayıb. Sənətçi “Ruslan” adlı ekran əsəri üçün Bollivuda yollanıb.
Layihənin ilk çəkilişləri isə paytaxt Bakıda lentə alınıb. Şəhriyar sözügedən filmdə azərbaycanlı iş adamı obrazını canlandırıb. Ekran əsəri kinoteatrda nümayiş olunduqdan sonra “Netflix”də yayımlanacaq.
Rəşad Əliyev, Bizim.Media