Nazirlik quduzluqla bağlı XƏBƏRDARLIQ ETDİ  

Hazırda oxunan: Nazirlik quduzluqla bağlı XƏBƏRDARLIQ ETDİ  

139287

Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur. Heyvanlarda xəstəliyin gizli (latent) dövrü 10 gün, bəzən 3-8 həftəyə qədər davam edə bilər. Əksər hallarda ağız suyu axması və qusma heyvanlarda quduzluğun ümumi simptomlarıdır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova bildirib.

Onun sözlərinə görə, insanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, lakin bəzi hallarda bu müddət bir həftəyə qədər azala bilər: 

"Gizli dövrün davamlığı xəstənin yaşından, immun vəziyyətindən, zədələnmənin xarakterindən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından (mərkəzi sinir sisteminə yaxınlığından) asılıdır. Uşaqlarda gizli dövr daha qısa olur. 

İnsan hər hansı bir heyvanın dişləməsinə, cırmaqlamasına və ya tüpürcəkləməsinə məruz qalarsa, ilk olaraq ev şəraitində və ya müraciət etdiyi tibb müəssisəsində (cərrah və ya tibb bacısı tərəfindən) zədə nahiyyəsi 72%-li sabunlu su ilə yuyulmalıdır. Zədə nahiyəsi yuyulduqdan sonra spirt və ya yod məhlulu ilə dezinfeksiya edilməlidir. 

Quduzluq virusuna yoluxma şübhəsi olduqdan sonra dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır. Quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur.
Həmçinin, əlavə olaraq tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxsin müalicə kursu müalicə-profilaktika müəssisəsinin cərrahı tərəfindən təyin edilir.

Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir.

Şərti müalicə zərərçəkənin müraciət etdiyi gün, həmçinin 7, 21 və ya 28-ci günləri antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu təqdirdə və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti zədələnmənin müraciət edilən gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin