“Azəri-Çıraq-Günəşli” yatağından bütün istismar dövründə 573 milyon ton neft və 208 milyard kubmetr qaz hasil edilib.
Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın ixrac etdiyi neftin 345 milyon tondan çoxu və ya 60 faizi AÇG-nin payına düşüb.
"Bu gün Azərbaycan bütün yataqlarından xarici bazarlara 600 milyon tondan çox neft ixrac edib, onun 484 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql olunub".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:03 / 02.06.2023
AÇG-dən hasil edilən neft və qazın HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: AÇG-dən hasil edilən neft və qazın HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: AÇG-dən hasil edilən neft və qazın HƏCMİ AÇIQLANDI
139273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.