Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv SEÇİLDİ  

Hazırda oxunan: Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv SEÇİLDİ  

139248

31 may 2023-cü il tarixində Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb. Cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib. 
Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin