Şəfiqə Nağıyevadan meyxanaçı Samirəyə xoşagəlməz sözlər - VİDEO

Hazırda oxunan: Şəfiqə Nağıyevadan meyxanaçı Samirəyə xoşagəlməz sözlər - VİDEO

13924

Meyxanaçı Samirə Yusifqızı vəkil Şəfiqə Nağıyeva tərəfindən qınanılıb.

Bizim.Media xəbər verir ki, ARB-də yayımlanan "Elgizlə izlə" proqramında ekspert qismində çıxış edən vəkil Şəfiqə Nağıyeva proqrama qonaq gələn Samirənin geyimi ilə bağlı xoşagəlməz sözlər deyib. 

Üzərinə şal dolayaraq gələn Samirə Yusifqızı vəkil tərəfindən pərt edilib:

"Niyə onu sarıyıb özünə? Soyuqdur? Onu kənara qoy, hamı geyimini görsün. O nə geyimdir. Bugünki geyimdən sonra sizi çox istəməyəcəm. Samirə xanımı burada görüb əsəbiləşdim. Bu, geyim deyil.

Sürücü işləyən, müştəri aparan adam elə geyinməz. Çıxardın o üstdəki yaylığı daxilən necə adamsan hamı görsün. Dur dön hamı sənə baxsın. İctimaiyət arasına çıxır, camaat ona baxır".

Aparıcı Elgiz Əkbər isə Samirəni ayağa qaldırıb, paltarını kameralara çəkdirərək "Biabırçılıqdır, sənin yaşına uyğun deyil. Xanım kimi geyin, bunu 15- 16 yaşlı qızlar geyinər" ,-deyə bildirib. 

Samirə "Şəfiqə xanımı çox istəyirəm, danlasa da incimirəm. Böyük bilirəm onu. Sadəcə, efirə gələndə şalvarım cırıldı, maşında bu olduğu üçün geyindim" cavabını deyib.  

"Ağsaqqal adamın qarşısında elə geyimdə gəlib oturmaq düz deyil. Bəzi qızlar olur evdən çıxanda uzun geyinir, kənarda qısa edir. Təzədən evə qayıdanda ətəyi uzadır" deyən vəkil onu görmək istəmədiyini söyləyib. Elgiz Samirəni yerindən durğuzaraq, Ş.Nağıyevanın görmədiyi yerdə otuzdurub.

Verilişin digər eksperti, psixoloq Narınc Rüstəmova isə  "Mövlana gözəl deyib: Tərifi cəmiyyət içərisində demək lazımdı , tənqidi təklikdə. Yazıq tər tökdü, qəlbi qırılmazdı" deyib.

Şəfiqə Nağıyeva isə "Tər tökməsin, nəticə çıxarsın ki, o darlıqda geyinmək olmaz. Mənə irad göstərməyin. İndi keçərəm sizə ki, ayağını ayağının üstünə qoyub oturur" deyərək, psixoloqu hədələyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin