C.Bayramov: “Xaricdən döyüşçü cəlb etməyə ehtiyacımız yoxdur”

Hazırda oxunan: C.Bayramov: “Xaricdən döyüşçü cəlb etməyə ehtiyacımız yoxdur”

1392

“Türkiyə Azərbaycana mənəvi dəstək verir. Türkiyənin münaqişədə iştirakı barədə şayiələr Ermənistan tərəfindən yayılır. Yəqin ki, erməni təbliğatının məqsədlərindən biri də hərbi uğursuzluqlarına görə öz vətəndaşları qarşısında bəraət almağa çalışmaqdır”.

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.

C.Bayramov qeyd edib ki, Ermənistan xarici döyüşçülərdən və muzdlulardan istifadə etmək kimi cinayətkar təcrübəsini heç vaxt dayandırmayıb. Bu, praktikanın alətlərindən biri də etnik ermənilərin xaricdən işğal olunmuş ərazilərə köçürülməsi kampaniyasıdır.

O, Ermənistanın Azərbaycanı xarici döyüşçülərdən istifadə etməkdə günahlandırmaq cəhdlərinin əsassız olduğunu diqqətə çatdırıb:

” Bu saxta məlumatların məqsədi gündəmi dəyişdirmək, münaqişənin genişləndiyi təəssüratını yaratmaq, xarakterini dəyişdirmək, eyni zamanda dini və digər amilləri şişirtməkdir. Xaricdən döyüşçü cəlb etmək üçün obyektiv ehtiyacımız yoxdur. Azərbaycanın səfərbərlik potensialı kifayətdir. Ölkəmizdə zəruri təlim keçmiş və müasir silah və texnika ilə təchiz olunmuş nizamlı Silahlı Qüvvələr mövcuddur". 

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması barədə qərarına gəlincə, XİN başçısı Ermənistan  rəhbərliyini öz ölkəsini məsuliyyətsiz və avantürist siyasətin zirvəsinə çevrilməkdə ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin