Azərbaycanda qida zəhərlənmələri hansı səviyyədədir? – QORXUNC STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda qida zəhərlənmələri hansı səviyyədədir? – QORXUNC STATİSTİKA

139174

ÜST-nin 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Onların 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi 5 yaşınadək uşaqlardır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2022-ci il ücün hesabatında göstərilir ki, 348 nəfərə yaxın insan bir il ərzində qida zəhərlənməsinə məruz qalıb, 7 nəfər isə dünyasını dəyişib.

Burdan da görünür ki, zəhərlənənlərin sayı ümumdünya göstəricisindən 278 dəfə, dünyasını dəyişənlərin sayı isə 75 dəfə azdır. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media açıqlama “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycan 198 ölkə arasında 115-ci yerdə dayanır:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Ölkəmiz hətta həyat səviyyəsi, qidaya, tibbi xidmətlərə əlşatanlılığı çox aşağı olan Banqladeş və Şir-Lankadan da aşağı pillədədir. Qidadan zəhərləndiyini güman edən şəxs ya qeyri-səhiyyə məkanında dünyasını dəyişir, ya da səhiyyə strukturlarına müraciət edir. Ya müalicə alıb geri dönür, ya əlil qalir, ya da rəhmətə gedir. 

AQTA yaranana qədər Səhiyyə Nazirliyinin statistikasında, 1 ildə dünyasını dəyişənlərin sayı ən çox 3 nəfər qeyd edilirdi. Bu yanlış statistika və zəhərlənməni yaradan səbəblərlə bağlı çoxsaylı müraciətlər etsəm də, qida zəhərlənməsindən əzab cəkmiş istehlakçıya istehsalçı tərəfindən kompensasiyanın ödənilməsinə nail ola bilməmişik”.

E.Hüseynov onu da bildirib ki, sənaye üsulu ilə istehsal olunmuş istənilən qida məhsuluna əvvəllər Səhiyə Nazirliyinin müvafiq qurumu, yarandıqdan sonra isə AQTA sertifikat verməyə başlayıb:

“Bu rəsmi sənəd əsasında mallar satış şəbəkələrinə paylanılır. Zəhərlənmədən əzab cəkmiş istehlakçının başına gələnlərin hüquqi nəticələrinə nail olmaq ücün tibb müəssisəsinin həkimi vətəndaşın hansı qidadan zəhərləndiyini barədə rəsmi sənədi verməlidir, ancaq müxtəlif bəhanələrlə bu sənədi verməkdən imtina edir. Çünki, sənaye üsulu ilə istehsal olunmuş ərzaq məhsulunun sertifikatı var. 

Əgər həkim belə bir sənəd verərsə, məhkəmədə mübahisələndiriləcək və iddialı tərəfin maraqları təmin olunmayacaq, yəni istehsalçı şirkət dövlət orqanının zəhərlənməyə səbəb olan mal partiyasına verdiyi sertifikatı masa üzərinə qoyacaq. Bunun da nəticəsində zəhərlənmə səbəbləri bir qayda olaraq istehlakçının üzərində qalir”.

Ekspert vurğulayıb ki, xəstəliklərdən ölmüş, eləcə də ölkəmizdə yeyilməyən qeyri-ənənəvi heyvan ətlərinin bazara, ictimai-iaşə müəssiələrinə daşınması ilə bağlı faktlar kifayət qədər:  

“Bu da danılmazdır ki, belə hallar kimlərinsə qonşuluğunda baş verir və kimlərsə bundan məlumatlı olur. Belə hallar dəfələrlə AQTA əməkdaşlarının səyi ilə ifşa olunsa da, kifayət etmir. Bu da istisna deyil ki, bu əməli gözləri ilə görən insan sonda bunun iştirakçısı olur”.

Onun sözlərinə görə, qida təhlükəsizliyinin təmin olunmasında kütləvi ictimai nəzarətə nail olmaq üçün istehlakçılar maarifləndirilməlidir: 

“Belə tədbirlərdən biri də, ölkədə fəaliyyət göstərən mobil operatorlarla əməkdaşlıq etməkdir. Onların resurslarından səmərəli istifadə edərək vətəndaşlara sms-lər vasitəsilə məlumat verilə bilər. Bundan başqa, ictimaiyyət arasında, xüsusilə də uşaq bağçalarında və təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilməlidir. 
Eyni zamanda, AQTA-nın əsasnaməsində dəyişiklik edilməli və “cəld teaksiya mexanizmi” yaradılmalıdır, yəni günün istənilən vaxtı qurumun qaynar telefonuna daxil olan zənglər cəld reaksiya ilə qarşılanmalı, bürokratik prossedur ləğv edilməli və arzuolunmaz malların geriçağrılma mexanizmi tətbiq olunmalıdır”.

Rövşən Ziya, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin