“Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyirik” - Gürcüstanın Baş naziri 

Hazırda oxunan: “Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyirik” - Gürcüstanın Baş naziri 

139162

“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir və hesab edir ki, bu, bütün regionun maraqlarına cavab verir”. 

Bizim.Media “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Avropa siyasi birliyi”nin 2-ci zirvə toplantısından əvvəl deyib. 

"Biz Azərbaycan və Ermənistan arasında sülh dialoqunu və danışıqları dəstəkləyirik. Hesab edirəm ki, bu, Gürcüstanın, Azərbaycanın və Ermənistanın, bir sözlə, bütün regionun maraqlarına cavab verir", - İ.Qaribaşvili bildirib. 
Baş nazir Gürcüstanın hər iki ölkə ilə çox yaxşı münasibətlərə malik olduğunu vurğulayıb. 

Xatırladaq ki, İ.Qaribaşvili 2021-ci ilin sonunda “Dinc Qonşuluq Təşəbbüsü”nü irəli sürüb. Baş nazir qonşulara tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib.

Bu təşəbbüs çərçivəsində 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin