Qarabağın azyaşlı sakinləri ilk dəfə doğma yurdda bayram qeyd ediblər – FOTO  

Hazırda oxunan: Qarabağın azyaşlı sakinləri ilk dəfə doğma yurdda bayram qeyd ediblər – FOTO  

139117

Qarabağın azyaşlı sakinləri ilk dəfə doğma yurdda bayram qeyd ediblər. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.

“Talışın balaca sakinləri üçün ustad dərsi və bayram şənliyi” tədbiri təşkil olunub. Talışda məskunlaşan bağça və məktəb şagirdləri iştirak etdikləri tədbirdə kəndin balaca sakinlərinə “ABAD” publik hüquqi şəxs tərəfindən ustad dərsi keçirilib.

Bunun üçün dulusçu, rəngkar, zərgər olmaqla 4 tətbiqi sənət nümayəndəsi qatılıb. Onlar, həmçinin balacalarla birlikdə sənət əsərləri üzərində də işləyiblər. Uşaqlara dərs ləvazimatları, hədiyyələr və uşaq ədəbiyyatını əhatə edən kitablar təqdim edilib.
Bir daha qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü 30 il sonra ilk dəfə olaraq Qarabağda uşaqların iştirakı ilə baş tutub. 












Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin