İntensiv yağışlar nəticəsində Şəmkir rayonu ərazisində bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən gecə saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsi və Yeni Həyat kəndində subasmaya məruz qalmış bəzi fərdi ev, həyətyanı sahə və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bizim.Media