“Valideynlər uşaqlarını necə qatilə çevirir?” - FAKTLAR

Hazırda oxunan: “Valideynlər uşaqlarını necə qatilə çevirir?” - FAKTLAR

13907

Təəsüflər olsun ki, zopa ilə tərbiyə metodu hələ də azərbaycanlı ailələrdə hökm sürür. “Səni yandıracam”, “öldürəcəm”, “boğacam” kimi sözləri azərbaycanlı valideynlərin tərbiyə metodlarında istifadə olunan ən məşhur sözlərindən bir neçəsidir.

Valideynlərimiz elə düşünür ki, övladlarına aqressiv davranmaq və onlara şiddət göstərmək ən yaxşı tərbiyyə üsuludur. 

Mövzunu psixoloq İlkin Kazımlı ilə davam etdirdik. 

 

MÖVZU İLƏ BAĞLI:

Son 3 gündə 3 intihar – “Özünü xilas etmək istəməyən insan heç kimi xilas edə bilməz” - PSİXOLOQ


O, Bizim.Media-ya açıqlamasında dedi ki, böyüklərdə şəxsiyyət formalaşdığı üçün həyatımızda  olan xoşagəlməz halların öhdəsindən gələ bilirik:

“Bu, birbaşa uşaqlara aid olduğundan vəziyyət bir qədər çətinləşir. Uşaqlar ailə daxili şidddətə, aqressiyaya məruz qalarsa, o zaman onlarda bir sıra pozuntular yaranır. Özünə qapanma, bədbinlik, depressiya halları yaşayırlar. Döyülən uşaqlar özlərinin yalnız hesab edirlər.

 

Düşünürlər ki, onlara kimsə arxa durmur, sahiblənmirlər. Bu vəziyyət uşaqları özgüvənsiz  edir. Və bununla da depressiv şəxslərə çevrilirlər. Böyüdükcə onların şəxsiyyətində problem olur, anti-sosial həyat yaşayırlar.


"Psixoloji durumlarına ağır zərbələr vurulur. Sonra bu, özünə qəsd kimi fiziki fəsadlarla səbəb olur. Gələcəkdə onlar əsasən özlərinin qatilləri olurlar”.

Psixoloq Vəfa Əkbər isə qeyd etdi ki, döyülən valideynlər öz övladlarını döyərək tərbiyyə edirlər: 

“Döyülən uşaqlar daxili aqressiyanı boğmağa çalışırlar. Daxildə yaşadıqları konfliktləri oyuncaqlara, dostlarına yansıdırlar. Əhatə dairələri genişləndikcə rəqabət aparırlar. Çox vaxt bu rəqabəti aqressiv üsullarla ifadə edirlər. Bütün cinayətkarlar döyülən uşaqlardırlar. Bu, bir aksiomadır. Valideynlər uşaqları döyərək yox, başa salmaqla tərbiyə verməlidirlər”.

Araşdırmalar göstərir ki, ölkədə tətbiq edilən və geniş yayılan "döyülmə" üsulunun nəticəsi təəssüf ki, uşaqda vicdan və əxlaqın zəif formalaşmasına gətirib çıxarır.

Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyətdən çıxış yolu tapmağı bacarmalıdır. Döyülən uşaqlarda özünəgüvən zəif olur. Belə uşaqlar daha kinli olurlar.

Psixoloqlar deyirlər ki, uşaqlıq  çağlarında baş verənlər insan həyatında əsas rol oynayır. Təkcə psixoloqlar bu fikirdə deyillər. 

Tarixdə öz qəddarlıqları ilə iz qoymuş məşhur diktatorların travmatik uşaqlıq illəri keçirdikləri tarixçilər tərəfindən araşdırılıb. Onların sözlərinə görə, diktator Səddam Hüseyn ögey atası tərəfindən hər gün döyülüb və evdəki zülmə dözə bilməyərək 10 yaşında Bağdada qaçmağa məcbur olub. Adolf Hitler də Səddam Hüseyn kimi ailədə şiddətə məruz qalan uşaqlardan olub.

 

Araşdırmalara görə, sovet diktatoru İosif Stalin də evdə tez-tez döyülərmiş. Onu isə ögey yox, doğma anası Ketevan Geladze döyərdi. Sonradan Stalin anasından soruşanda ki, "Ana, məni niyə belə sərt döyürdün?". Ananın cavabı belə olub:


"Bax, ona görə də sən belə yaxşı çıxdın".

Eyni zamanda Andrey Çikatlio 12 yaşına qədər gecələr sidik saxlamamaqdan əziyyət çəkirdi, ona görə də anası tərəfindən döyülürdü. Uşaqlığından hər zaman şiddət görən Çikatlio sovetlər dönəmində seriyalı qatil kimi tanınırdı.

Bu nümunələrdən belə qənaətə gəlmək olur ki, uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək uşaqda ana-ataya, ətrafındakı insanlara və cəmiyyətə qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir. 

Gülşanə Mustafayeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin