Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi AÇILDI 

Hazırda oxunan: Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi AÇILDI 

138991

Mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. 

Bildirilib ki, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
İbtidai istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin