SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib - FOTO 

Hazırda oxunan: SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib - FOTO 

138990

SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib. 

Bizim.Media xəbər verir ki, mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb. 

Görüşdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığı vurğulanıb, Azərbaycan qazının ixrac həcmlərinin artırılması baxımından dəhlizin genişləndirilməsinin vacib olduğu bir daha qeyd edilib. 
Bu xüsusda, 2022-ci ilin iyul ayında “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının, habelə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, SOCAR ilə “Romgaz S.A.” arasında qaz tədarükünə dair müqavilənin, “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında əməkdaşlığın təşviqinə dair “Anlaşma Memorandumu”nun və perspektivdə nəzərdə tutulan digər layihələrin əhəmiyyəti vurğulanıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğrundan digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin