Sən demə mənfi xüsusiyyətlər insanı koronavirus xəstəliyindən qoruyur.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Florensiya Universitetinin Tibb Elmləri Bölməsinin psixologiya şöbəsinin mütəxəssisləri gəlib.
Onlar apardıqları tədqiqatlar nəticəsində Covid-19 virusuna psixoloji cəhətdən ən dözümlü insanları müəyyən ediblər.
Elm adamları karantin zamanı insanlarda psixopatiya və rifah arasında yaranan əlaqəni dəqiqləşdirmək üçün bu yola əl atıblar. Təcrübədə iştirak edən insanların xasiyyətlərinə uyğun anket doldurublar. Daha sonra onların özünü təcrid vaxtı ruh yüksəklikləri analiz edilib.
Testlərdə orta yaşı 31,3 il olan 619 nəfər iştirak edib.
Aparılan tədqiqatlar nəticəsində bəlli olub ki, pandemiyaya tab gətirən xasiyyətində həyasızlıq, arsızlıq, dünya-aləm vecinə olmayan və alçaqlığa meyilli olan insanlardır. Xasiyyətlərindəki mənfiliklərin bu insanlara koronavirusla mübarizədə faydalı olub.
Lakin qeyri-sabit psixikaya sahib olan və tez-tez əhvallarında dəyişiklik yaşayan özlərini daha pis hiss ediblər.
Nəticələrdən bəlli olub ki, mülayim, mehriban və xoş xasiyyətlilər koronavirusdan ən çox əziyyət çəkən insanlardır. Daha bir mütəxəssisin fikrincə isə, koronavirusa yoluxanlar arasında vəfat edənlərin də çoxu xoş xasiyyətə malik olanlardır.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 06.03.2021
Koronavirus da yaxşıları öldürür – Alimlərdən ŞOK AÇIQLAMA
Hazırda oxunan: Koronavirus da yaxşıları öldürür – Alimlərdən ŞOK AÇIQLAMA
Hazırda oxunan: Koronavirus da yaxşıları öldürür – Alimlərdən ŞOK AÇIQLAMA
13896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.