Hərbçilər üçün Ankarada vida mərasimi keçirildi – Ərdoğan da iştirak etdi

Hazırda oxunan: Hərbçilər üçün Ankarada vida mərasimi keçirildi – Ərdoğan da iştirak etdi

13893

Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün martın 5-də Ankaradakı Ahmet Hamdi Akseki məscidində vida mərasimi təşkil edilib.

Bizim.Media xəbər verir ki, vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkənin siyasi elitası, partiya rəhbərləri, Silahlı Qüvvələrin komandanlığı, şəhidlərin ailə üzvləri və doğmaları, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, cənazə namazı qılındıqdan sonra onlar son mənzilə yola salınıblar.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün şəhidlərə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib. Dövlət başçısı general-leytenant Osman Erbaşın Vətən qarşısında xidmətlərindən danışıb.

Qeyd edək ki, Türk Silahlı Qüvvələrinin “Cougar” tipli helikopteri yerli vaxtla saat 13.55 radələrində səmaya qalxdıqdan 30 dəqiqə sonra onunla rabitə əlaqəsi kəsilib.

Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz uçuş aparatları axtarış işlərinə başlayıblar. Qəza Tatvan rayonu ərazisində baş verib.

Qəza nəticəsində 11 hərbçi, o cümlədən korpus komandiri, general-leytenant Osman Erbaş həlak olub. Hazırda iki yaralı hərbçi xəstəxanada müalicə olunur. Milli müdafiə naziri Hulusi Akar onların vəziyyətinin sabit olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin