Göyçay sakini “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir – FOTO 

Hazırda oxunan: Göyçay sakini “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir – FOTO 

138924

Əl əməyi ilə ərsəyə gələn sənət nümunələri digər işlərlə müqayisədə daha çox əziyyət tələb edir. Məhz bu səbəbdən onların qiyməti də baha olur. Müsahibimiz də əl əməyindən bəhs edir, amma burada ustanın məqsədi pul qazanmaq deyil, rekordlar kitabına düşməkdir. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay sakini “Ginnesin Rekordlar Kitabı”na düşmək iddiasındadır. 

Rayonun Çərəkə kəndində yaşayan 47 yaşlı Əfqan Rəhimov qeyri-adi bacarığı ilə görənləri təəccübləndirir. O, ot bağlamalarının üzərində olan iplərdən maraqlı əl işi ortaya çıxartmağı planlaşdırıb. Rayon sakini bağlamada olan otu heyvanlara verdikdən sonra bu iplər tullantıya çevrilməsin deyə, onlardan faydalı, maraqlı, həm də qazanclı iş ərsəyə gətirə bilib. Üç ildir bu işlə məşğul olduğunu deyən müsahibimiz, hər gün bir neçə saatını bu işə ayırmaqla 6 metr uzunluğunda kəndir hörür. 

Əfqan Rəhimov əməkdaşımıza bildirib ki, kəndir toxuma nə qədər sadə görünsə də, bir o qədər çətin işdir. 

Çünki dəqiqlik bu işin əsas şərtidir. Kəndirin diametrinin alınması böyük təcrübə tələb edir. O, bu günə qədər saysız-hesabsiz ot bağlamalarından əldə etdiyi, ümumi çəkisi 50 kq olan iplərdən 1000 (min) metr uzunluğunda kəndir toxumağı bacarıb. Növbəti hədəf isə 10 min metrdir.

Bununla da o, rekordlar kitabına düşməyi planlayır. 

Əfqan Rəhimov missiyasını başa vurduqdan sonra rekordlar kitabına düşmək üçün artıq hansı proseslərdən keçməli olduğunu araşdırmağa başlayıb. 

Xatırladaq ki, müasir dövrdə kəndir toxuma ilə məşğul olan çox az ailə tapılar, çünki yeni texniki avadanlıqlar əl əməyini geridə qoyduğundan bu sənət unudulmaq üzrədir. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin