“Prezident Hersoq İsraildə və dünyada böyük səlahiyətlərə malik bir liderdir. Onun atası da ölkənin prezidenti, babası isə baş ravvin olub. İsrail Dövlətinin Prezidenti İshak Hersoqun hazırki dönəmdə Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir”.
Bu fikirləri Bizim.Media-ya İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və İsrailin birinci xanımı Mixal Hersoqun Azərbaycana rəsmi səfərini şərh edən israilli ictimai xadim və siyasi analitik Aviqdor Eskin deyib.
MÖVZU İLƏ BAĞLI:
İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO
O həmçinin qeyd edib ki, bu səfər Azərbaycan Ermənistan arasındakı sülh danışığına da töhfə verə bilər.
“İsxak Hersoqun Azərbaycana gəlişi beynəlxalq əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın şiə müsəlman əhalisi olan, azlıqların, o cümlədən yəhudilərin hüquqlarına hörmət edilən, uğurla inkişaf edən dövlət kimi rolunun tanınmasıdır. Hersoq İsrail, ABŞ və Avropa ölkələrindən Qafqazda sülhə və Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə dəstək verən mühüm səsə çevrilə bilər”, - deyə A.Eskin əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media