H.Hacıyev: “Türkiyənin bu müharibədə iştirakına ehtiyac yoxdur”

Hazırda oxunan: H.Hacıyev: “Türkiyənin bu müharibədə iştirakına ehtiyac yoxdur”

1389

“Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, eyni zamanda, müştərək strateji dəyərlər var. Türkiyə bu müharibədə iştirak etməyib və buna ehtiyac da yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatları öz imkanları ilə uğurla yerinə yetirir.

"Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir. 1992-ci ildə fəaliyyətə başlamış ATƏT-in Minsk qrupuna 11 üzv dövlət daxildir. Üç dövlət - ABŞ, Rusiya və Fransa Minsk qrupuna həmsədrlik edir. Türkiyə 1992-ci ildən bəri qrupa üzv dövlətlər arasındadır.

Türkiyə Azərbaycanla sıx əlaqələri olan dövlətdir. Həmçinin Türkiyə region ölkələrindəndir, Cənubi Qafqaz coğrafiyasına aid dövlətdir. Cənubi Qafqazdakı problemlər, oradakı müharibələr Türkiyənin təhlükəsizliyinə də təsir edir. Buna görə də qardaş Türkiyənin müharibədən sonrakı mərhələdə daha fəal iştirakında israr edirik. Ermənistan buna etiraz etsə də, bu vacibdir", - deyə H.Hacıyev əlavə edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin