"Azərbaycanın ümumdaxili məhsulu 2022-ci ildə 133 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan potensial olaraq hər il təxminən 11-12 milyard manat itirə bilmə həddindədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "2-ci Milli Kibertəhlükəsizlik Forumu"nda çıxışı zamanı bildirib.
Deputat həmçinin qeyd edib ki, bu gün bizim illik xərclərimiz təxminən 32 milyard manatdır.
"Hər xərclənən 1 manat 4,5 manat ümumdaxili dəyər yaradır. Adətən dünya ölkələrində xərclərin 1 %-i kibertəhlükəzilik sahəsinə yönəldilir. Bu isə onu deməyə əsas verir ki, bizdə kibertəhlükəziklik üçün xərclənən hər bir manat ortalama 33 manatın itkisinin qarşısını alır", - deyə T.Mirkişili qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:14 / 31.05.2023
Kibertəhlükəsizliyin qorunmasının önəmi ilə bağlı komitə sədrindən AÇIQLAMA
Hazırda oxunan: Kibertəhlükəsizliyin qorunmasının önəmi ilə bağlı komitə sədrindən AÇIQLAMA
Hazırda oxunan: Kibertəhlükəsizliyin qorunmasının önəmi ilə bağlı komitə sədrindən AÇIQLAMA
138869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.