Paşinyanın “altılığı”: Nikolu ayaqda saxlayan ERMƏNİLƏR

Hazırda oxunan: Paşinyanın “altılığı”: Nikolu ayaqda saxlayan ERMƏNİLƏR

13886

Ermənistanda baş verən hadisələrə diqqət yetirəndə Nikol Paşinyanın hələ də istefaya göndərilməməsi çoxlarını təəccübləndirir. Son vaxtlar sezilən odur ki, Ermənistan baş naziri yalnız xalqa güvənmir və onun hakimiyyətdə qalmasını istəyən güclü tərəfdarları var.

Bizim.Media “yerkramas”a istinadən xəbər verir ki, Paşinyanı dəstəkləyənlər arasında əsas 6 şəxsin adı hallanır. 

Onlardan biri Xaçatur Sukiasyandır (Qrzo). Bu insan ilk erməni oliqarxlarından hesab olunur. Öz ideyalarından heç vaxt əl çəməyən Xaçatur Levon Ter-Petrosyanın sponsorlarından biri idi.

Müəyyən səhmləri müqabilində Xaçaturun Ermənistana qayıtmasına Serj Sarqsyan icazə verib. 

Nikol Paşinyanı oliqarx Sukiasyan üçün son avantüra sayırlar. Bu səbəbdən də Nikolu hakimiyyətdə saxlamaq üçün “Qrzo” əlindən gələni edəcək.

Nikol “altılığ”ının ikinci adamı Milli Təhlükəsizlik Şurasının (MTŞ) direktoru Armen Abazyandır. Hətta onu erməni analitiklər Ermənistanın yox, Paşinyanın təhlükəsizlik cavabdehi kimi qələmə verirlər. Hazırda Ermənistan MTŞ Paşinyana müxalif olanların aradan götürülməsinə köklənib. 

Nikolu ən çox qoruyan üçüncü adam isə Xüsusi Tədqiqat Xidmətinin rəisi Sasun Xaçatryandır. Sasun Paşinyanın əmri ilə çoxsaylı feyk cinayət işlər açıb. Ermənilər Sasuna o qədər nifrət edir ki, Nikol devrilərsə, Xaçatryanın sağ qalmaq şansı kimi ancaq Ermənistandan qaçmağını görürlər. 

Soros təşkilatından çıxan və Nikolun 4-cü qoruyucusu kimi tanınan şəxs isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. 

Nikolun müdafiə “altılı”ğı Andranik Köçaryan və Arşak Karapetyanla dolur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin