Bakıda oğurluq: İstirahətə getdilər, mərkəzin ofisiantı tərəfindən soyuldular - FOTO 

Hazırda oxunan: Bakıda oğurluq: İstirahətə getdilər, mərkəzin ofisiantı tərəfindən soyuldular - FOTO 

138821

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib. Vətəndaş istirahət mərkəzində maşınının, bank kartlarının, planşetinin oğurlanmasını, paytaxtda həmin kartlarla alış-veriş edildiyini deyir. 
Hətta oğru qaçırdığı maşınla paytaxtda doyunca gəzib, üstəlik sürət həddini aşaraq radara da düşüb. 

Bizim.Media xəbər verir ki, bütün bunları oxu.az-a müraciət edən zərərçəkmiş şəxslərdən biri Emin Qasımov deyib. 

O deyir ki, hər şey mayın 29-da Bilgəhdə “Şəbəkə” istirahət mərkəzi kimi tanınan yerdə baş verib: 

“Mənim də üzvü olduğum 20-25 nəfərdən ibarət olan rəqs qrupu istirahət üçün birlikdə Bilgəhə getdik. Orada “Şəbəkə” adlı istirahət mərkəzi yerləşir. Orada oturduq, yedik-içdik, əyləndik.

Əslində məqsədimiz gecə saatlarına qədər əylənib evə qayıtmaq idi. Axşam saat səkkizə yaxın ofisiantlardan biri bizə yaxınlaşıb, obyektin bağlansığını bildirdi. Maşınların parkinq ərazisindən çıxarılmalı olduğunu dedi.  Uşaqlardan bir qrup qayıtdı, biz yeddi nəfər qaldıq. Biz də yavaş-yavaş getmək istəyirdik. Başqa əməkdaş yaxınlaşdı ki, bəs, problem yoxdu, qalmaq istəsəniz iki kotec boşdur. 

Biz də dedik maraqlı olar. Onsuz da yatmırıq samovar qaynadıb çay içərik. Həmin ofisiant dedi ki, qalacaqsınızsa avtomobillərinizi yan tərəfdə olan parkinq ərazisində saxlayın. Ofisiantla birlikdə avtomobilləri “Şəbəkə” İstirahə mərkəzinin sağındakı başqa istirahət mərkəzinin parkinq yerində saxladıq. O dostumun maşınında getdi, mən isə marketə dəyib daha sonra onların göndərdiyi ünvana getdim. Maşınları park etdikdən sonra qayıtdıq istirahətimizə davam etdik”. 
E.Qasımov deyir ki, bir müddət sonra özünü istirahət mərkəzinin adminstratoru kimi təqdim edən şəxs onlara yaxınlaşıb bildirdi ki, qalmaq üçün iki koteci bizə bir günlük hədiyyə edirlər. 
Biz də dedik lap yaxşı, qızlar və oğlanlar bölündük koteclərə getdik. Ailəsi ilə gələn qrup üzvləri də var idi. Bütün əməkdaşlar da gündüz vaxtı obyektin içərisində çox Rahat, sərbəst gəzirdilər. Yəni bizi şübhələndirəcək heç bir məqam olmayıb”. 

İstirahətə başları qarışan gənclər maşınlarının açarının necə və kim tərəfindən götürüldüyünün fərqində olmayıblar. Nəticədə isə qrup üzvlərindən birinin “BMW” markalı avtomobilində olan planşet, pul qabı, zinət əşyaları, bir nəfərin isə elə “BMW” markalı avtomobili oğurlanıb. 

Avtomobili oğurlanan E.Qasımov bildirir ki, avtomobilin açarını tapa bilməyəndə elə zənn edib ki, açar dəniz kənarında quma düşüb: 

“Birinci elə bildik ki, dəniz kənarında düşürmüşük. Gedib ora baxdıq. Ürəyimə damıb ki, bu işdə qəribəlik var, amma maşının oğurlanması fikrini özümə yaxın buraxmıram. Dostuma dedim ki, get bax gör maşın yerindədi? Elə oradan zəng vurdu ki, onun maşınını yarıblar, mənim maşınımı da götürüb gediblər”. 

Zərərçəkmiş şəxs deyir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102 Çağrı Mərkəzi”nə məlumat verib: 

“Polisə zəng edib vəziyyəti izah etdik. Maraqlısı odur ki, polis gələnə qədər digər özünü ofisiant, administrator kimi təqdim edən şəxslər də yox oldular. Təsəvvür edin, istirahət mərkəzinə istirahətə gedirsən, mərkəzin işçiləri maşınını oğurlayır. Polislərin təxirəsalınmaz əməliyyatları nəticəsində cəmi 4 saat sonra avtomobilim Şamaxinka kimi tanınan ərazinin yaxınlığındakı kafelərdən birinin qarşısından tapılıb. Lakin həmin o ofisiant yox idi. Polislər gəlməzdən cəmi 3 saat öncə ərazidən qaçıb. Kafedən bildiriblər ki, pivə içib, daha sonra qohumunun yaxınlıqdakı binada yaşadığını deyərək, pul gətirmək adı ilə maşını da orada qoyub gedib”. 

Polislər tərəfindən zərərçəkmişə bildirilib ki, avtomobili oğurlayan şəxs daha əvəllər iki dəfə məhkumluq həyatı yaşamış Cavid adlı şəxsdir. 

E.Qasımov avtomobilə 2 min manatdan çox ziyan dəydiyini deyir: 

“Maşını yaman günə qoyub. Benzin mühərrikli avtomobilə gedib gah benzin vurub, gah dizel vurub. Avtomobilin içərisində pivə, energetik içki butulkaları doludur. Səsboğuçunun biri qırılıb. Maşının xarici görünüşündə bir ziyan yoxdur amma texniki cəhətdən təxminən 2 min manata qədər xərc tələb edir.
Lakin avtomobilimin “KASKO” sığortası yoxdur, icbari sığorta isə bu problemləri qarşılamır. Hazırda Cavid adlı şəxs və onunla əlbir olduğu düşünülən digər şəxslərin axtarışı davam etdirilir. Şikayətimizlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsində araşdırma aparılır”. 

DİN-nin Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən faktı Oxu.Az-a təsdiq ediblər. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin