Əfqanıstan-İran gərginliyinin PƏRDƏARXASI- ABŞ kartları yenidən dağıdır

Hazırda oxunan: Əfqanıstan-İran gərginliyinin PƏRDƏARXASI- ABŞ kartları yenidən dağıdır

138767

2021-ci ilin yazında ABŞ və onun müttəqfiqləri öz qoşunlarını Əfqanıstan ərazisindən çıxaranda heç kim buna inanmaq istəməmişdi. Çünki, Əfqanıstan Qərb üçün həm bir hərbi poliqon, həm də region dövlətləri üçün bir təhdid yeri idi. Ona görə də Qərbin Əfqanıstandan çəkilməsi xeyli təəccüb doğurmuşdu. Əslində isə ABŞ Əfqanıstanda oyun qaydalarını dəyişirdi.

Çünki, Əfqanıstanda hakimiyyəti ələ keçirən talibançılar Qərbin uzun illər hazırladığı radikal qüvvələrin birliyi idi. Ona görə də talibançılar hələ Kabili ələ keçirməzdən xeyli əvvəl Qərb öz qoşunlarını tez-tələsik Əfqanıstandan çıxartdı. Və Əfqanıstanda hakimiyyət müqavimətsiz bir şəkildə talibançılara verildi.
ABŞ Əfqanıstandan daha çox Rusiyanı zəif salmaq üçün istifadə edirdi.

Lakin, Rusiya üçün hazırlanan yeni layihə daha qlobal və uzun müddətli olması Vaşinqtonu bu addımı atmağa məcbur etdi. Və cəmi 10 ay sonra Rusiya-Ukrayna müharibəsi başladı. Bu müharibə onu göstərdi ki, artıq Rusiyaya qarşı Əfqanıstan cəbhəsi ABŞ üçün o qədər də maraqlı deyil. Lakin, böyük Ukrayna ruslar üçün əsl cəhənnəmdir. 

Lakin, talibançılar Qərb üçün hər zaman ehtiyat variant kimi qalırdı.

Bu radikal islamçılardan istənilən vaxtı Qərb özünün rəqib bildiyi ölkələrə qarşı istifadə edə bilərdi. Və bu ehtimal özünü çox gözlətmədi. Bir neçə gün əvvəl Taliban lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqladı. O bildirib ki, hazırda sərhəddə şiddətli döyüşlər gedir və Taliban ağır hərbi texnikanı sərhədə yeridib.

Beləcə, ABŞ xeyir-duası ilə Orta Şərqdə yeni münaqişə ocağı alovlanır. 

Əfqanıstan-İran müharibəsi bütün hallarda qlobal xarakter almayacaq. Bu fasilələrlə, aman uzun illər davam edəcək. Çünki, Qərb son 40 ildə iqtisadi sanksiyalarla molla-fars rejimini devirə bilmədi. Ona görə də bu dəfə hərbi münaqişə yolunu seçdi. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən politoloq Turan Rzayev bildirdi ki, hələ 2021-ci ildə İran sərhədçiləri ilə Taliban arasında toqquşma baş vermişdi:

“Tərəflər bir-birinə artilleriya zərbələri endirmişdi. Hətta Taliban İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrinin ələ keçirdiyini açıqlamışdı. Prinsip etibarilə hazırkı gərginlik də bundan öncəkilərdən fərqlənmir.

Talibanın hazırkı  prosesi müharibə kontekstinə daşıması, özündən razılığı onu deməyə əsas verir ki, onu dəstəkləyən konkret gücə arxayındır. İndiki məqamda Taliban ilə İran arasına müharibənin olmasında isə bir güc maraqlıdır – ABŞ”.
Politoloq onu da qeyd etdi kİ, ilk baxışdan İran və Əfqanıstan arasında hazırkı gərginlik Hilmənd çayının suyu məsələsindəki anlaşmazlıqdan qaynaqlandığı görünür:

“Bildiyimiz kimi Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Hilmənd çayının su bölgüsü tərəflər arasında 1973-cü ildə imzalanmış müqaviləyə əsasən tənzimlənib.

Lakin İran tərəfi payına düşən suyun cəmi 4 faizini istifadə edə bildiyindən şikayətlənir və Əfqanıstanı çay üzərində yeni su anbarları tikməkdə günahlandırır.

Mayın 18-də Sistan-Bəlucistan vilayətini ziyarət edən İran prezidenti İbrahim Rəisi buradan Taliban hökumətini təhdid etmişdi. Bu təhdid fonunda isə Taliban lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqladı. Amma bu münaqişənin bəhanəsi su problemi olsa da səbəb ABŞ-ın istəkləridir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin