“İsrail Prezidentinin səfəri (İsrail Prezidentinin səfəri – red.) ikitərəfli münasibətlərimizi daha da gücləndirəcək”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.
MÖVZU İLƏ BAĞLI:
İsxak Hersoq: "Biz Azərbaycana açıq ürəklə gəlirik"
Hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan dövlət başçısı qeyd edib:
“Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq”.
Bizim.Media